Bu torpaqların təyinatı dəyişdirilsin - TƏKLİF

31, 01, 24
14:30

Bu torpaqların təyinatı dəyişdirilsin - TƏKLİF

Torpaqların təyinatı məsələsinə yenidən baxılmasına ehtiyacı var.

“Azərbaycan Reallığı” xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bəzi hallarda yararsız torpaqlar kənd təsərrüfatı təyinatlı torpaq kimi qeydiyyata alınır:

“Bir yabanı otun da bitmədiyi o qədər yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir”. 

Ekspert deyir ki, əkin-bikin üçün yararsız olan bu qayalıq, bataqlıq, şoranlıq və s. ərazilər anbar təsərrüfarının, hətta dağ-mədən sənayesinin, heyvandarlığın, balıqçılığın, quşçuluğun və digər sahələrin inkişafına töhfə verə bilər. Lakin mövcud qanunvericiliyin tələbləri bu iqtisadi fürsəti sahibkarların əlindən alır.

“Odur ki, torpaqların təyinatı məsələsinə yenidən baxılmasına ehtiyacı var. Bu məsələyə nə qədər baxılarsa, resurslardan optimal istifadəyə, iqtisadiyyatın “ağardılması”na, kiçik sahibkarların orta sahibkar statusuna keçməsinə, yeni biznes subyetklərinin yaranmasına və ən əsası regional inkişafa bir o qədər tez töhfə verə bilər”, - deyə E. Əmirov əlavə edib.

Bizimlə əlaqə saxlayın