Müğənninin döyülməsi ilə bağlı araşdırma aparılır - Hüqüqşunas rəyi...

03, 02, 24
15:00

Müğənninin döyülməsi ilə bağlı araşdırma aparılır - Hüqüqşunas rəyi...

Bir neçə gün bundan öncə Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 72-də yerləşən "BOSS BAKU LOUNGE" restoranda baş vermiş insdent barədə oxucularımıza məlumat vermişdik.

Sözügedən məkanda "Rəqqasə Səma" kimi tanınan Umudova Səmalə tanışları Leyla, Fidan, və Könül adlı şəxslə müğənni Aynur Nəbiyeva üzərinə hücum çəkərək video və fotoşəkillərdə göründüyü kimi ona müxtəlif xəsarətlər yetirmişdilər. Müğənni hadisədən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bir neçə saatdan sonra anblator müalicəsini ev şəraitində davam etdirmişdir.

Onu da əlavə edək ki, mügənninin üzərinə hücum sözü gedən şəxs tərəfindən baş verdiyi ilk dəfə deyil, bir neçə dəfə təkrarlanmışdır. Məsələ ilə bağlı hal-hazırda Nərimanov rayon polis idarəsinin 17 ci polis bölməsində araşdırmalar aparılıraparılır. 

Azərbaycan Reallığı" məsələ ilə bağlı Aynur Nəbiyeva ilə əlaqə saxlayıb . O bildirir ki, hazırda hadisə ilə bağlı polsdə araşdırma aparılır, bu barədə hələ heçnə danışmaq istəmirəm, mənim verdiyim hər hansı açıqlama polisin işinə mane ola bilər aparılan təhqiqat araşdırmasına mane ola bilərəm. Onun üçün bu barədə zamanı çatanda danışacağam
Aynur Nəbiyeva

Tanınmış hüquqşunas Mübariz Məsimoğlu bildirir: "istər şəxsi olsun, istər olmasın kiməsə hücum etmək, onu vuraraq xəsarət yetirmək yaxşı hal deyil. Bu cür məsələləri insanlar öz aralarında sülh yolu ilə həll etsələr yaxşı olar.

İctimai yerdə, xüsusən də insanların gecə saatlarında istirahət edib dincəldiyi bir məkana şəxsi müstəvidə hücum edib kimisə vurub xəsarət yetirirsənsə, bu və digər şəxslərində istirahətinə mane olur, dövlətə vergi ödəyicisi olan sahibkarın da obyektinə ziyan vurmuş olursan. Qanunla bu hal inzibati yox bir başa cinayət məsuliyyəti yaradır. 

Mübariz Məsimoğlu 

Həmçinin başa düşülməlidir ki, seçki öncəsidir və seçkini izləmək üçün ölkəmizdə yüzlərlə xarici qonaq və müşahidəçilər var. Onların da restoran və  gecə klublarında əylənmək hüququ var.

Təsəvvür edin, hansısa restoranda onlarda oturub görürsən xoşagəlməz hal baş verdi, həmin məkanda dava-dalaş düşdü. Sonra onlar bizim ölkə barədə nə təsəvvürü yaranar? " deyə Mübariz Məsimoğlu bildirib

Bizimlə əlaqə saxlayın