Yasamalda dəhşətli partlayış - 10-dan çox maşın sıradan çıxdı

06, 02, 24
09:30

Yasamalda dəhşətli partlayış - 10-dan çox maşın sıradan çıxdı

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib.
 
"Azərbaycan Reallığı" APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.
 
Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.
 
Hadisənin təfərrüatı araşdırılır.
 

Bizimlə əlaqə saxlayın