Kürdəmirdə seçici səs verərkən öldü

08, 02, 24
09:30

Kürdəmirdə seçici səs verərkən öldü

7 fevral növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə fevralın 7-si saat 10 radələrində Kürdəmirdə qeydə alınıb.

Belə ki, rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın