Daha bir şəhid atası vəfat etdi

12, 02, 24
14:00

Daha bir şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi İlkin Ağakişiyevin atası vəfat edib.

“Azərbaycan Reallığı” xəbər verir ki, xəstəlikdən əziyyət çəkən şəhid atası Elxan Ağakişiyev ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü İlkin Ağakişiyev evin tək oğul övladı olub. O, 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində şəhid olub və nəşi bir müddət sonra tapılaraq 27.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.

Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda" medalları ilə təltif edilib.  

Bizimlə əlaqə saxlayın