Bu bankın vəzifəli şəxsi 4 min manat cərimələndi

13, 02, 24
13:30

Bu bankın vəzifəli şəxsi 4 min manat cərimələndi

Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi cərimələnib.

“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

“Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq Bank VTB (Azərbaycan) ASC-nin vəzifəli şəxsi 4 000 manat məbləğində cərimə edilib”, - məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın