Ramazan ayı bu tarixdə başlayır – Rəsmi

20, 02, 24
18:00

Ramazan ayı bu tarixdə başlayır – Rəsmi

Ramazan ayının ilk günü mart ayının 11-i başlayır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.

"Qafqaz Müsəlmanları İdarəsindən Rəsadxanaya verilmiş sorğu əsasında deyə bilərik ki, bizdə olan təqvimə görə, mart ayının 11-i Ramazan ayının ilk günüdür. Aprel ayının 10-u isə bayram gözlənilir", - QMİ bildirib.

Qeyd edək ki, Türkiyə Dəyanət İşləri Nazirliyi də 11 martın Ramazanın ilk günü olduğunu elan edib.

Bizimlə əlaqə saxlayın