Sabir Rüstəmxanlının qızından sonra oğlu da boşanır

24, 02, 24
16:00

Sabir Rüstəmxanlının qızından sonra oğlu da boşanır

Deputat Sabir Rüstəmxanlının oğlu arvadından boşanır.

"Azərbaycan Reallığı" qafqazinfo-ya istinadla xəbər verir ki, Cəmil Rüstəmxanlı arvadı Günel Rüstəmxanlı ilə nikahlarının pozulması üçün iddia qaldırıb.

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadə baxır. Baxış iclası fevralın 26-na təyin edilib.

Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır. Onlar 12 il əvvəl ailə həyatı qurmuşdular. Sözügedən toy həmin vaxt gündəm olmuşdu. Rüstəmxanlılarla Məmmədovların quda olması barədə məlumat mediada və sosial şəbəkələrdə sürətlə yayılmışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Sabir Rüstəmxanlının qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni əri Elçin Cəfərovdan boşanıb.

Bizimlə əlaqə saxlayın