Beyinə zərər verən vərdişlər - Bunları etməyin!

27, 02, 24
11:00

Beyinə zərər verən vərdişlər - Bunları etməyin!

Mütəxəssislər “Alzheimer”ın “çağımızın epidemiyası” olduğunu dilə gətirərək hər fürsətdə beyin sağlamlığının əhəmiyyətini vurğulayırlar.

"Azərbaycan Reallığı" xəbər verir ki, nevrologiya üzrə uzman Prof. Dr. Derya Uludüz beynin insanın həyat tərzindən təsirlənməsindən danışıb.

“Bəzi zərərli vərdişlərinizi tərk edə bilmirsinizsə, zamanla yaddaş problemi yaşamağınız qaçınılmazdır", - deyə Prof. Dr. Derya Uludüz xəbərdarlıq edib.

O, gündəlik həyatda beyinə mənfi təsir edən vərdişlərin aşağıdakılar olduğunu deyib:

- 7 saatdan az yatmaq
- Oturaq həyat tərzi keçirmək
- Neqativə köklənmək
- Qeyri-sağlam qidalanmaq
- Gündə 2 stəkandan artıq çay və ya qəhvə içmək
- Kifayət qədər su içməmək
- Siqaret asılılığı
- Alkoqol qəbul etmək
- Yüksək səslə musiqiyə qulaq asmaq
- Sosial şəbəkələrdə çox vaxt keçirmək

Bizimlə əlaqə saxlayın