Bu qidaları almayın! – Qiyməti əl yandırır, yeyəndə öldürür

27, 02, 24
18:00

Bu qidaları almayın! – Qiyməti əl yandırır, yeyəndə öldürür

"Azərbaycan Reallığı" xatırladır ki, hazırda qışın son ayında olmağımıza baxmayaraq, bazar və market piştaxtalarında yayda yetişən meyvə-tərəvəzləri görmək mümkündür.

 Ümumiyyətlə, hansı fəsildə olmağımızdan asılı olmayaraq, bütün mövsümlərə aid məhsulları tapmaq elə də çətin deyil. Belə qidaların qiyməti əlimizi, tərkibi isə orqanizmimizi yandırıb külə çevirir. 

Maraqlıdır, mütəxəssislər bu məsələyə necə yanaşır?  Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida üzrə mütəxəssis Məhsəti Hüseynova bu qidaların hansı xəstəliklərə səbəb olmasından danışıb:  “Meyvə-tərəvəzlər insan orqanizmində vitamin və minerallarla zəngin olması ilə yanaşı, eyni zamanda da lifli qida olduğu üçün sağlamlığa faydalıdır. Lakin mövsümündə olmayan, süni şəkildə yetişdirilən meyvə-tərəvəzlər var ki, ilin bütün mövsümlərində market və bazarlarda qarşımıza çıxır. Onlar nə qədər gözəl görünsə də, o qədər zərərlidir. Bunların yetişdirilməsi üçün süni istilik, eyni zamanda herbisid və pestisidlərdən istifadə olunur. Uzunmüddətli olması üçün bu məhsullara kimyəvi qatqı maddələri vurulur. Bu kimi qidaları qəbul edən insanlarda birinci növbədə allergiya, digər məqamda isə qaraciyər və böyrəklərdə həmin kimyəvi maddələr yığılaraq xəstəliyə yol açır. Davamlı olaraq, mövsümsüz meyvə-tərəvəzlərdən istifadə edən insanlarda xərçəng xəstəliyinə tutulma riski daha da çoxalır. Fəsadlar bununla bitmir. Gələcəkdə həmin insanların parkinson, altsheymer kimi xəstəliklərə də tutulma riski də qaçılmazdır”.  Ekspert daim istifadə etdiyimiz meyvə və tərəvəzlərlə bağlı da xəbərdarlıq edib:  “Yaxşı olar ki, mövsümündən əlavə gündəlik meyvə-tərəvəzləri də gündəlik olaraq istifadə etməyək. Çünki bu məhsullar da uzunömürlü olması üçün kal şəkildə dərilir, onlara müəyyən qatqı maddələri əlavə olunur. Həmin məhsullar da süni formada yetişdirilən digər meyvə-tərəvəzlər kimi zərərlidir. İnsan öz yaşadığı yerdə yetişən qidaları qəbul etsə, bu orqanizm üçün daha faydalıdır”. 

Bizimlə əlaqə saxlayın