Birdən-birə həlli mümkün deyil, məqsədimiz budur – Dövlət Agentliyi

28, 02, 24
13:00

Birdən-birə həlli mümkün deyil, məqsədimiz budur – Dövlət Agentliyi

Bu gün Azərbaycanda içməli su və kanalizasiya ilə bağlı davam edən və bitməyən layihələrin maliyyə həcmi 2,7 mlrd manat təşkil edir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə deputatların suallarını cavablandırarkən deyib.

“Təkcə Gəncədə bitməyən içməli su və kanalizasiya layihəsinin maliyyə tutumu 550 milyon manatdır.  Təkcə Bakı və Abşeronun içməli su və kanalizasiya probleminin həlli üçün nəzərdə tutulan maliyyə həcmi 10,5 mlrd manat təşkil edir. Respublikanın Aran bölgələrində içməli suyun qapalı beton kanallarının çəkilməsi ilə bağlı layihənin maliyyə tutumu 9 mlrd manatdan çox təşkil edir.

Təkcə indiki Aran bölgəsi və Bakının su və kanalizasiya problemini həll etmək üçün 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik”, - Mikayılov deyib.

O əlavə edib ki, indiyədək bir çox bölgələrdə bu istiqamətdə pərakəndə şəkildə layihələr həyata keçirilib və nəticədə həmin layihələr yarımçıq qalıb. “Agentliyin yaranmasınında əsas məqsədi bu pərakəndəliyə son vermək və problemi planlı şəkildə həyata keçirilməsinə nail olmaqdır. Bu problemləri həll etmək üçünsə zamana ehtiyac var. Bunları birdən-birə etmək qeyri-mümkündür”, - o bildirib.

Bizimlə əlaqə saxlayın