Tanınmış biznes treyner 39 günə 23 kq arıqladı: Yalnız bunu etdi - FOTO

01, 03, 24
11:30

Tanınmış biznes treyner 39 günə 23 kq arıqladı: Yalnız bunu etdi - FOTO

Azərbaycanda tanınmış biznes treyner Nəcəf Allahverdiyev su orucu ilə 39 günə 23 kq çəki atıb.

"Azərbaycan Reallığı" xəbər verir ki,  NLP-Master N.Allahverdiyev sudan başqa heç bir qida və maye qəbul etmədiyini deyib. O bildirib ki, əsas məqsəd çəki atmaq yox, bədənin təmizlənməsidir:

"Yalnız su ilə orucu 95% arıqlamağa kömək etmir. Birinci dəfə 13 kq arıqlamışdım, 2-ci dəfə 14-15 kq arıqladım, amma çəki geri qayıdır. Çünki sən bu prosesi dayandırırsan və bədən hələ yediyin bütün tikələri özündə saxlayır, çəkiyə qaytarır. Üstəgəl çox dəhşətli bir iştah hissi yaranır. Ona görə də çox az adam həmin çəkini saxlaya bilir. 21 gün ancaq su ilə qidalanmağımın səbəbi də ondan ibarətdir ki, orqanizm fəaliyyəti dövründə daim hüceyrələrimiz bölünür və bu zaman mutasiya baş verir. Bir qisim hüceyrələr fərqli və ziyanlı olur. Aclıq zamanı bədən ilk növbədə bu hüceyrələrlə qidalanmağa başlayır. Buna autofagiya prosesi deyilir. Paralel olaraq bədəndə hansısa ziyanlı maddələr yığılır və aclıq prosesində bədən bu şlaqlardan da təmizlənir. İkinci çox önəmli məsələ iradəmin gücləndirilməsidir. Şükür Allaha ki, bu, məndə alındı".

N.Allahverdiyev sosial şəbəkələrdə onu izləyənlərə həkim məsləhəti olmadan su orucuna başlamamağı tövsiyə edib: 

"Hər dəfə deyirəm ki, həkimə müraciət edin. Çünki hər adama düşmür. Bəzi adamlar var ki, onların təzyiqi düşür, başa ağrı verir, ürəyi bulanır, şəkəri aşağı düşür və s. Ona görə də mütləq həkimlə məsləhətləşmək lazımdır. Mən bu sahənin mütəxəssisi deyiləm. Aclıq məsələsi ilə sizə yalandan hansısa məsələhətlər verə bilmərəm. Bədənimi tanıyıram və özümə məsləhət verə bilərəm. Amma bundan kənar məsuliyyəti öz üzərimə götürmək istəmirəm",- deyə o söyləyib. 

Bizimlə əlaqə saxlayın