Maddi maraq yaratsalar, bu bəladan qurtularıq - Çağırış

01, 03, 24
13:00

Maddi maraq yaratsalar, bu bəladan qurtularıq - Çağırış

Son zamanlar ana südü - süni qida məsələləri üzrə yaman çox müzakirələr gedir. Bu mövzu Milli Məclisdə müzakirəyə qoyulub. Məncə, mövzu daha çox süni qidaların bahalaşması səbəbilə qaldırılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Onun fikrincə, süni qidaların qiyməti qismən ucuzlaşdırılsa, yenə köhnə hamam, köhnə tas olacaq:

"Hər bir halda bəlkə körpələrə işıq ucu olar. Düzü, bu mövzuda çox ümidsizəm. Doğum evlərində körpələrə ilk olaraq süni qida vermək ənənəsi hələ də qalmaqdadır.

Sizi inandırım ki, əgər doğum evlərində çalışanlarda kimin daha çox yeni doğulan övladı ana südü ilə bəslənəcək mövzusunda maddi maraq yaratsalar, ana südü verənlərin sayı 90% artacaq. Hazırda isə bunun əksi olduğu üçün uşaqlar daha çox süni qida yeyir".

Pediatr doğum üvlərində süd bankı yaradılması təklifi ilə çıxış edib:

"Hələ də ümid etmək istəyirəm ki, doğum evlərində süd bankları olacaq və doğum evlərindəki ehtiyat süni qida dövlət tərəfindən veriləcək və onun alışında - satışında heç kəs maraqlı olmayacaq. Beləliklə, süni qidanın zədələyici təsirinə məruz qalan uşaq sayı az olacaq", - deyə o əlavıə edib.

Bizimlə əlaqə saxlayın