İt dişləyən azyaşlı ilə bağlı rəsmi açıqlama

04, 03, 24
13:00

İt dişləyən azyaşlı ilə bağlı rəsmi açıqlama

Ötən gün  saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında 9 yaşlı uşağı it dişləyib. O hadisə yerinə gələn təcili tibbi yardım briqadasının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Məsələ ilə  bağlı "Azərbaycan Reallığı"na danışan DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb. Sahibsiz it 2014-cü il təvəllüdlü azyaşlıya hücum edərək ona xəsarət yetirib. Uşaq xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın