Toplum TV-nin ofisində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

06, 03, 24
17:30

Toplum TV-nin ofisində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək”, - E.Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Toplum TV ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Bizimlə əlaqə saxlayın