"Bu şəhərdə adamdan çox it var"

07, 03, 24
13:00

"Bu şəhərdə adamdan çox it var"

"Dünən Xırdalanı göstərirdilər (televiziyada -red.). Bu şəhərdə - küçədə, ictimai yerlərdə və s. adamdan çox it var".

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib. O bildirib ki, sahibsiz itlər digər xəstəlikləri yaymaq baxımından da təhlükəlidir:

"Tutaq ki, bu itlər dişləmir, heç bir xəstəlik də yaymır. Şəhər yerində bu qədər itin nə işi var? Əslində, Bakıda da eyni vəziyyətdir.

Hər dəfə it dişləməsi ilə bağlı bir hadisə olanda müzakirələr başlayır, hamı bir-birini günahlandırır, rəsmilər isə susur.

Yenə mütəxəssislər dünya təcrübəsini misal gətirərək məsləhətlər verir. Alınacaqmı?

Sahibsiz itlər təkcə quduzluğa görə yox, digər xəstəliklər baxımından da təhlükəlidir!",- deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın