Şəhid atası vəfat etdi - FOTO

09, 03, 24
11:30

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Anar Əmirovun atası dünyasını dəyişib.

"Azərbaycan Reallığı" xəbər verir ki, şəhidin atası Allahverdi Əmirov xəstəlik səbəbindən vəfat edib. O, Füzuli rayonu Əhmədalılar kənd məzarlığında dəfn edilib.

Qeyd edək ki, 2000-ci ildə Sabirabadın Bulaqlı kəndində anadan olan Anar Əmirov 2020-ci ilin oktyabrın 20-si Zəngilan istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.




Bizimlə əlaqə saxlayın