Akif Qurbanovun atası sərbəst buraxıldı

09, 03, 24
14:00

Akif Qurbanovun atası sərbəst buraxıldı


Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.
 
"Azərbaycan Reallığı"nın xəbərinə görə, nazirliyin Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.
 
Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın