Saleh Məmmədovun villa Kolleksiyası - Bəzi villalarının qiyməti 10-15 milyon dollardır

12, 03, 24
15:00

Saleh Məmmədovun villa Kolleksiyası - Bəzi villalarının qiyməti 10-15 milyon dollardır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun təkcə ölkə ərazisində 20-dən çox villası var...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, ölkənin son dönəm oliqarx siyahısında önəmli yer tutan Saleh Məmədovun ölkə daxilində -dən çox villası var.

Daxil olan siyahıda göstərilir ki, bu villaların hər birinin qiyməti 2 milyon manatdan yuxarıdır. Bəzi villaların qiymətləri isə 10-15 milyon dollar arasında dəyişir.

"Azərbaycan Reallığı" Saleh Məmmədovun iddia olunan villarının siyahısını təqdim edir:

1. Qax rayonunda İlisu kəndində 1 villa;

2. Mingəşevirdə 1 villa;

3. Hackənddə 1 villa;

4. Tərtərdə 2 villa;

5. Lənkaranda 1 villa;

6. Bakıda milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində 2 villa;

7. Qubanın Qəçrəş kəndində 1 villa;

8. Qubada 2 villa;

9. Bakının Fatmeyi kəndində 1 hektar torpaq sahəsinin içində 3 villa;

10. İsmayıllı rayonunun Zərgəran kəndində 2 villa;

11. Şamaxıda 2 villa;

12. Maştağada 4 hektar ərazidə 1 villa;

13. Bakını Novxanı kəndində 2 villa;

14. Mərdəkanda 1 villa;

15. Nabranda 1 villa.

Bundan başqa redaksiyamıza daxil olan siyahıda Saleh Məmmədovun İstanbulda boğazda və Bodrumda şahanə villalrının olduğu bildirilir.
Qeyd edək ki, bu iddilarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova sorğu ilə müraciət etmişik. Sorğunun göndərilməsindən bir həftə keçməsinə baxmayaraq cavab ala bilməmişik. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Poliqon.info)

Bizimlə əlaqə saxlayın