Bakının bir rayonu qazsız qalacaq

15, 03, 24
09:00

Bakının bir rayonu qazsız qalacaq

Nərimanov rayonu, Keşlə qəsəbəsi, H.Əliyev prospekti 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 15.03.2024-cü il tarixində saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun bir hissəsinin (Atletlər kəndi, "Dost" İş mərkəzi, "Asan xidmət" mərkəzi, Neft Fondu, Media kəndi, Atletlər kəndi, DİN hospitalı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də H.Əliyev və Z.Bünyadov prospektlərinin bir hissəsində və Böyükşor ərazisində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın