Müharibə iştirakçılarına hansı vergi güzəştləri olunur?

18, 03, 24
17:00

Müharibə iştirakçılarına hansı vergi güzəştləri olunur?

Müharibə iştirakçılarının əmək haqqının hansı hissəsi vergidən azad olunur?

"Azərbaycan reallığı" bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:

“Şəhid ailəsi statusu verilmiş şəxslərin valideyinlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının aylıq əmək haqqının 800 manat hissəsi, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının aylıq əmək haqqının 400 manat hissəsi, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideyinlərinin aylıq əmək haqqının 100 manat hissəsi vergilərdən azad olunur.

Bunlarda əlavə, Vətən Müharibəsi Qəhrəmanlarının, Milli Qəhrəmanların, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranı adı almış şəxslərin aylıq əmək haqqının 400 manat hissəsi, Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin aylıq əmək haqqının 100 manat hissəsi, 20 Yanvar hadisələri zamanı, habelə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideyinləri, arvadları (ərləri) və övladlarının aylıq əmək haqqının 100 manat hissəsi vergilərdən azad edilir”.

Bizimlə əlaqə saxlayın