Daha bir azyaşlını it dişlədi

19, 03, 24
09:30

Daha bir azyaşlını it dişlədi

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

"Azərbaycan Reallığı"  xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək azyaşlını dişləyib.

Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bizimlə əlaqə saxlayın