Bakıda yenilənən parkinqdə qiymətlər - SİYAHI

26, 03, 24
16:00

Bakıda yenilənən parkinqdə qiymətlər - SİYAHI

Bakı metrosunun “28 May” stansiyasının yuxarı hissəsində, Bakı Dəmir Yolu Vağzalı istiqmətində yerləşən parkinqdə yeni tariflər müəyyən olunub.

“Azərbaycan Reallığı”nın məlumatına görə, burada avtomobillərin nömrətanıma sistemi tətbiq olunub.

Əgər vətəndaş 15 dəqiqə müddətində ərazini tərk edərsə, heç bir ödəniş etməyəcək. Tariflər isə 15-30 dəq. üçün 1 AZN, 30-60 dəq. üçün 2 AZN, 1-2 saat üçün 4 AZN, 2-3 saat üçün 6 AZN müəyyən edilib. Qiymət 24 saatlıq parkinq üçün 30 AZN-ə qədər yüksəlir.

Bizimlə əlaqə saxlayın