62 yaşlı Zaqatala sakini təyyarə hazırladı - VİDEO

27, 03, 24
12:00

62 yaşlı Zaqatala sakini təyyarə hazırladı - VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, 62 yaşlı Zaqatala sakini Hacıəhməd Məmmədov təyyarə hazırlayıb.

Onun sözlərinə görə, bu işə uşaqlıqdan marağı olub:

“Əvvəllər bir neçə təyyarə modeli düzəltmişəm. Daha sonra real təyyarə hazırlamağa başladım. Amma o vaxtlar mühərrik tapmaq çətin idi, həm də hərbi xidmətə getməli oldum. Ona görə də işim yarımçıq qaldı. Universitetə də qəbul olunmuşdum, amma yeddi il əyani şəkildə təhsil almağa imkanım olmadı”.

N.Məmmədov qeyd edib ki, internet əlçatan olduqdan sonra bu işə marağı daha da artıb:

“İnternetdən çoxlu məlumat öyrənmək olur. Qaynaq işini bacarmırdım. Onu öyrənmək məni motivasiya etdi. Düşündüm ki, artıq təyyarənin karkasını yığa bilərəm və 2022-ci ildə bu işi görməyə qərar verdim”.

“Təyyarəni hazırlamaqda məqsədim odur ki, iki nəfər oturub təlim keçə bilsin”, - deyə o əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bizimlə əlaqə saxlayın