Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

27, 03, 24
18:00

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəfat etmiş şəxs barəsində məhkəmədə iddia qaldırıb.

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, İdarə Şükürov Rəmzi Əvəz oğlu barəsində Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edib.

İşin mahiyyəti isə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) ilə bağlıdır.

Məhkəmə işi hakim Zaur Pirverdiyevin icraatına verilib. İş üzrə aprelin 4-də saat 16.00 üçün məhkəmə baxış iclası təyin edilib.

Qeyd edək ki, barəsində məhkəmədə iddia qaldırılan mərhum Rəmzi Şükürov iş adamı Əvəz Şükürovun oğludur. O, bu ayın əvvəlində sirkə içərək intihar edib. 

Bizimlə əlaqə saxlayın