Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı

28, 03, 24
13:30

Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri üzrə tikinti layihələri hazırlanacaq.

"Azərbaycan Reallığı"nın məlumatına görə, layihə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihəyə 551 min 256 manat ayırıb.

Bizimlə əlaqə saxlayın