Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

29, 03, 24
10:30

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. 

Bu barədə Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.

Alimin 5 mindən artıq kitabının olduğu bildirilir. 

Fazil İsmayılov açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.

Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir. 

Bizimlə əlaqə saxlayın