Azərbaycanda ahıl qadın siçovulların içərisində yaşayır - FOTO

01, 04, 24
11:00

Azərbaycanda ahıl qadın siçovulların içərisində yaşayır - FOTO

Azərbaycanda ahıl qadın baxımsız vəziyyətdə qalıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının sədri Mehriban Zeynalova deyib.

Qadının kritik vəziyyətdə olduğunu deyən sədr sosial Xidmətlər Agentliyinə müraciət ünvanlayıb:

"İzləyicimiz bizə müraciət edərək bu şəraitdə yaşayan xanım üçün dəstək göstərilməsini istəyir. Bildirirlər ki, qadın siçovulların içində yaşayır və son günlər yemək yeməkdən imtina edir. Ətrafdakı insanlar onun yeməyinə dəstək olsalar da, hazırda vəziyyət çox kritikdir. Sosial Xidmətlər Agentliyindən çox xahiş edirik, mümkünsə, qadınla maraqlanardınız".

Sosial Xidmətlər Agentliyindən isə qeyd olunub ki, qurumun əməkdaşları əraziyə gedərək məsələ ilə maraqlanacaqlar.

Bizimlə əlaqə saxlayın