Vasif Talıbov statistik rəqəmləri belə saxtalaşdırırmış – ŞOK

04, 04, 24
13:30

Vasif Talıbov statistik rəqəmləri belə saxtalaşdırırmış – ŞOK

Ötən il Naxçıvan Muxtar Respublikası üzrə qeydə alınan bəzi statistik göstəricilər əvvəlki illə müqayisədə kəskin şəkildə azalıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, əsas sosial iqtisadi göstəricilərdən biri olan muzdlu işçilərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfədən çox azalıb.

Belə ki, ötən il Naxçıvanda özəl sektorda çalışan muzdlu işçilərin sayı 2022-ci ildə qeydə alınan 72,6 mindən 23,2 min nəfərə düşüb. 

Son 2 ildə Naxçıvan Muxtar Respublikasında kəskin azalmanın qeydə alındığı bəzi statistik göstəriciləri təqdim edirik:


Məlumat üçün onu da bildirək ki, yuxarıda qeyd olunan sosial iqtisadi göstəricilərdən fərqli olaraq Naxçıvan Muxtar Respublikasında qeydə alınan cinayətlərin sayı kəskin artıb. 

Aşağıdakı cədvəldə Naxçıvanda qeydə alınan cinayətlərin son 2 ildəki sayı göstərilib:

Onu da qeyd edək ki, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov 2022-ci ilin dekabr ayının 21-də tutduğu vəzifədən istefa verib.

Bizimlə əlaqə saxlayın