"Kişilər elmdən və təhsildən sürətlə uzaqlaşır"

04, 04, 24
14:30

"Kişilər elmdən və təhsildən sürətlə uzaqlaşır"

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanında 300 bal toplayan 14 şagirdin 13-ü qızdır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu deyib.

"Son zamanlar elmi işlə məşğul olanların, AMEA-da çalışanların da əksəriyyəti qadınlardır. Orta məktəblərdə də qadın müəllimlərin sayı üstünlük təşkil edir. Kişilər həm elmdən, təhsildən, həm də məktəbdən sürətlə uzaqlaşır. Bunun da bircə səbəbi var: maaş azlığı", deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın