Uşaqları əyləndirərək öyrədən yeni layihə başlayır - FOTO

04, 04, 24
17:00

Uşaqları əyləndirərək öyrədən yeni layihə başlayır - FOTO

“Shokki Mokki” və UAFA təşkilatı uşaqların fiziki inkişafı və əyləncəsi üçün əməkdaşlığını davam etdirir.

"Azərbaycan Reallığı" xəbər verir ki, qurumların icra edəcəyi yeni layihə “Kiçik addımlarla böyük uğurlar” adlanır.

Adıçəkilən layihənin daha bir tərəfdaşı isə “Vuvuzela media”dır. 

Əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqların zehni inkişafı ilə yanaşı fiziki inkişafını da təmin etməkdir. 

Uşaqlar əylənərək, öyrənəcəklər. 

Layihə Bakı ilə yanaşı bölgələr də həyata keçiriləcək. 

Gəncə, Hacıqabul, Siyəzən, Xaçmaz və Lənkərandakı “Məktəbim” təhsil ocaqlarına səfər ediləcək. 

Səfərdə tanınmış futbolçular da iştirak edəcək. Onlar futbol, fiziki aktivliklə bağlı tövsiyələrini uşaqlarla bölüşəcəklər.

Uşaqlar arasında yarışlar keçiriləcək, qaliblərə “Shokki Mokki” və “Vuvuzela”dan hədiyyələr təqdim olunacaq. 

Layihənin son görüşü 1 iyun Beynəlxalq Uşaqlar Günündə təşkil ediləcək. 

“Kiçik addımlarla böyük uğurlar” barədə yenilikləri aşağıdakı keçiddən izləyə bilərsiniz:

Bizimlə əlaqə saxlayın