Hacı Şahinin videoları silindi: səhifəyə hücum oldu - AÇIQLAMA

06, 04, 24
10:00

Hacı Şahinin videoları silindi: səhifəyə hücum oldu - AÇIQLAMA

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi yutub hesabı kiberhücuma məruz qalıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə din xadiminin adını daşıyan rəsmi feysbuk səhifəsi məlumat yayıb.

"Əziz dostlar! Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır. Artıq "Youtube" kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda bildirilib.

Məlumata görə, səhifədə olan bütün videolar silinib.

Bizimlə əlaqə saxlayın