Bakının məşhur restoranında məcburi söküntü oldu

08, 04, 24
16:30

Bakının məşhur restoranında məcburi söküntü oldu

"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) paytaxt ərazisində qanunsuz və icazəsiz reklam yerləşdirmə hallarına qarşı monitorinq aparıb.


Monitorinq nəticəsində paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki "Qurd Qapısı - QƏBƏLƏ" restoranının qanunsuz reklam yerləşdirdiyi müəyyən olunub.


Belə ki, ADRA "Qurd Qapısı - QƏBƏLƏ" restoranının reklamını yol nişanına mane olduğuna görə söküb.


Agentlikdən bildirilib ki, açıq məkanda yerləşdirilən reklam qurğuları yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir.

Bizimlə əlaqə saxlayın