Sökülən qarajlarla bağlı rəsmi açıqlama - VİDEO

09, 04, 24
10:30

Sökülən qarajlarla bağlı rəsmi açıqlama - VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Yeni Yasamal 1 ünvanında yerləşən binanın qarşısında sakinlər tərəfindən qeyri-qanuni tikilən qarajlar sökülüb.
 
Sakinlər deyirlər ki, uzun illərdir ərazidəki qarajlar həm məhəllənin görünüşünə xələl gətirib, həm də uşaqlar üçün oyun ərazilərini zəbt edib.
 
Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov bildirib ki, ərazidəki söküntü işləri sakinlərin müraciəti əsasında aparılır.
 
Qurumun rəsmisi onu da qeyd edib ki, söküntü işləri tam yekunlaşdıqdan sonra, ərazidə uşaq və böyüklərin istirahəti üçün skamyaların quraşdırılması və ümumilikdə məhəllənin abadlaşdırılması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın