Bakının 2 rayonuna yeni polis rəisləri təyin edildi

10, 04, 24
15:30

Bakının 2 rayonuna yeni polis rəisləri təyin edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrləri ilə Nəsimi və Yasamal rayonlarına yeni polis rəisləri təyin edilib.

“Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, DİN-in  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Bizimlə əlaqə saxlayın