Parklanmaya qanunsuz nəzarət edən şəxs hədə-qorxu gəldi:

10, 04, 24
17:00

Parklanmaya qanunsuz nəzarət edən şəxs hədə-qorxu gəldi:

Bakıda parklanmaya qanunsuz nəzarət edən şəxslə sürücü arasında olan mübahisə avtomobildəki kameraya düşüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə hadisə ilə üzləşəm sürücü redaksiyamızın qaynar xəttinə müraciət ünvanlayıb. O bildirir ki, həftənin bazar günü paytaxtın İstiqlaliyyət küçəsində parklanma edən zaman bir nəfər yaxınlaşaraq həmin əraziyə nəzarət etdiyini bildirib və ondan pul tələb edib. Bundan sonra onlar arasında mübahisə düşüb: "Həmin şəxs pul tələb edən zaman mən ona ödəniş ötməyəcəyimi bildirdim. Bundan sonra o özünü qeyri-adekvat apararaq mənə əl-qol atmağa başladı. Avtomobilin qapısını açaraq başının bir hissəsinin plastik olduğunu bildirərək mənə hədə-qorxu gəlməyə başladı" - deyərək sürücü bildirib.

Bizimlə əlaqə saxlayın