Motosiklet ağaca çırpıldı - Sürücü öldü

13, 04, 24
12:30

Motosiklet ağaca çırpıldı - Sürücü öldü

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, 1987-ci il təvəllüdlü Piriyev Teyyub Həsənağa oğlu idarə etdiyi “Yamaha R15” markalı motosiklet ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.
 
Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Bizimlə əlaqə saxlayın