Hadı Rəcəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

17, 04, 24
09:00

Hadı Rəcəblinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
 
Bu barədə "Azərbaycan Reallığı"na TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

Bizimlə əlaqə saxlayın