"Whatsapp"da bütün yazışmalar qalır - DİQQƏT!

27, 04, 24
14:00

"Whatsapp"da bütün yazışmalar qalır - DİQQƏT!

Bütün sosial şəbəkələrdə yazışmalar qeydiyyata alınır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri vəkil Emin Kiçikbəyov bildirib.

"Whatsapp"dakı mesajlar bir bazada toplanır. Lazım olanda oradan çıxarılır. Yazışma zamanı diqqətli olun!", - hüquqşünas vurğulayıb.

O əlavə edib ki, bu proses ancaq cinayət işlərində üzə həyata keçirilə bilər. Yəni mesajlar bazadan çıxarıla bilər: "Mülki işlərdə isə xeyr". 

Vəkilin sözlərinə görə, səsli danışıqları çıxarmaq olmaz.

Bizimlə əlaqə saxlayın