Sumqayıtda qadının sürdüyü təlim maşını yandı

13, 05, 24
10:30

Sumqayıtda qadının sürdüyü təlim maşını yandı

Sumqayıt şəhərində təlim maşını yanıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Səbinə Siyavuş qızı Ağayevanın idarə etdiyi təlim mərkəzlərinin birinə məxsus “Kia” markalı avtomobil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın söndürülüb və ətraf maşınlara keçməsinin qarşısı alınıb.

Bizimlə əlaqə saxlayın