İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi

13, 05, 24
17:00

İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda məmura kəllə ilə zərbə vuran şəxsə hökm oxunub. 
 
"Azərbaycan Reallığı"nın mlumatına görə, hadisə 21 iyun 2023-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsi, S.Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında baş verib. 
 
Belə ki, həmin gün Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib. Görüş zamanı 1976-cı il Bankə qəsəbə sakini Zaur bacısı oğlu ilə birlikdə içkili halda akt zalına daxil olaraq, maddi təminatının aşağı olmasını əsas gətirməklə onlara iş verilməsini istəyiblər. Məlumata görə, görüşdə Mirhəsən Seyidov Zauru və bacısı oğlunu etik qaydalara riayət etməyə çağırıb, şikayətləri ilə maraqlanıb və imkanı daxilində onlara köməklik göstərəcəyini bildirib. 

Bizimlə əlaqə saxlayın