Bu avtobusların intervalı 25 dəqiqəyə endirilib

21, 05, 24
14:00

Bu avtobusların intervalı 25 dəqiqəyə endirilib

Bu gündən etibarən havalimanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

"Azərbaycan Reallığı" bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

"Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 30 dəqiqədən 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın