Ramin Abdullayevin başının üstündə qara buludlar əsir - Sədrin təmizləmə küləyi onu da aparacaq

15, 06, 24
13:30

Ramin Abdullayevin başının üstündə qara buludlar əsir - Sədrin təmizləmə küləyi onu da aparacaq

Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdən şikayətlərin gündən-günə çoxalması Komitə sədri Anar Quliyevi çətin vəziyyətə salıb.

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədrinin fəaliyyətinin aidiyyatı instansiyalarda müzakirəyə çevrilməsi isə bu qurumun başı üzərini qısa zamanda “qara bulud”ların alacağını istisna etmir.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Yeni Gundem”-in məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yaxın günlərdə qurumda “təmizləmə” əməliyyatına başlayacaq.

Bu “təmizləmə” əməliyyatında ilk növbədə vəzifəsi ilə vidalaşacaq məmurlardan birinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin olacağı iddia edilir.

Məlumatda bildirilir ki, son 5 ayda Ramin Abdullyevə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vətəndaşların gündəminə çevrilib.

Məhz Ramin Abdullayevin vəzifəsindən sui-istifadə edərək tikinti sahəsi ilə məşğul olan sahibkarlara ciddi təzyiqlər etməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyini də hədəfə gətirib.

Ramin Abdullayevdən artan şikayətlərin fonunda Anar Quliyevin artıq Ərazi Tikinti Planlaşdırma Mərkəzi sədri ilə bağlı narazılıqlara son qoymaq qərarına gəldiyi iddia olunur.

Məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə dəqiqləşdirə bilmədik.

Qarşı tərəfin mövqeyni verməyə hazırıq.

Bizimlə əlaqə saxlayın