Yasamal Rayon Məhkəməsinin hakiminin istefa xəbəri yalan çıxdı

25, 10, 18
20:52

Yasamal Rayon Məhkəməsinin hakiminin istefa xəbəri yalan çıxdı

Bir neçə gündür, sosial şəbəkələrdə və xəbər saytlarında yayılan məlumata göre Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə tutduğu vəzifəsindən istefa verib. Səbəbi isə hakimin siyasi qərarların verilməsinə və sifarişli həbslərə etiraz olaraq bu addımı atdığı göstərilmişdir. Qeyd edək ki, həmin məlumat Azerbaycanrealligi.com xəbər portalının rəsmi facebook səhifəsi olan Azərbaycan Reallığı səhifəsində bir xəbər halında yayılmışdı. Sözügedən yazı ilə bağlı Aytən xanım xəbər saytımızla əlaqə saxlayıb xəbərin yalan olduğunu, onun, ümumiyyətlə, istefa ərizəsi yazmadığını, hal-hazirda, öz işini davam etdirdiyini bildirmişdir. Ona qarşı bu cür təxribat xarakterli xəbərlərin kim tərəfindən uydurulduğundan məlumatsız olduğunu vurğulamışdır. Hal-hazırda, bu istqamətdə araşdırma apardığını da qeyd etmişdir.

Biz də Azərbaycanrealligi.com xəbər saytı və Azərbaycan Realligi facebook səhifəsi olaraq sözügedən yalnış informasiya ilə bağlı oxucularımızdan və Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadədən üzr istəyirik.

Azərbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın