Bakı Şəhər İcra Hakimiyyəti "Qarabağ mitinqi"nə icazə vermədi. - FOTO

01, 11, 18
17:38

Bakı Şəhər İcra Hakimiyyəti "Qarabağ mitinqi"nə icazə vermədi. - FOTO



Qarabağ Komitəsinin noyabrın 24-nə planlaşdırdığı mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) rədd cavabı gəlib. Azerbaycanrealligi.com-un xəbərinə görə, bu haqda Qarabağ Komitəsinin üzvü, ictimai-siyasi  xadim Əvəz Zeynallı sosial şəbəkədəki səhifəsində  məlumat verib.

"Bakı Şəhər İcra Hakimiyyətinin 23 gün əvvəldən mitinq qadağası gəldi. Hər halda, Azərbaycan tarixində bir ilkdir ki, az qala 1 ay əvvəldən hakimiyyət mitinqə qadağa qərarı göndərir. Millətin hələ ayaqda olması bunları çox qorxudub. Çox qorxublar! Nələr baş verir?! Niyə 3 gün əvvəl də qadağa qərarı verilə bilərkən, indi verildi?"

FOTO


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın