Yazar Zümrüd Yağmur Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadədən yazdı: "O qızı asın!"
Yazar Zümrüd Yağmur Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadədən yazdı: "O qızı asın!"
Cəmiyyətin baş verən hər hansı bir hadisəyə, deyilən sözə həssas yanaması təqdirə layiqidr. Bir toplumun istənilən mövzunu müzakirəyə çıxarmasından yaxşı nə ola bilər ki?
Amma müzakirə... Təhqir, linc etmək müzakirə deyil...
Bizdə nə baş verir? Müzakirə ilə linc etmənin, tənqidlə təhqirin sərhədləri bir- birinə qarışdığından xaos yaranır.
Yaxın günlərdə də 19 yaşlı bir qızın əslində yanlış olan, özünə görəsə doğru olan fikirlərinə görə linc edilmə kampaniyasının şahidi olduq.
Nərmin xanım öz statusunda Mübariz İbrahimov haqqında fikirlərini paylaşıb. Özünü müdafiə xarakterli müraciətlərində irəli sürdüyü fikirləri ilə də yazdıqlarını məntiqlə əsaslandıra bilmir. Xanım bildirir ki, mən kosmopolitəm və Mübarizin öldürdüyü əsgərlərin də anası, sevglisi ola bilərdi. Təxminən buna bənzər fikirlər.
Təbii ki, bunlar əsaslandırmaq üçün yetərli deyil və adətən yanlışı əsaslandırmaq çətin olur. Nərmin xanım da eyni çətinliklə üzləşib.
Mübariz ön çəhbədə idi və təmas xəttini keçdikdə kiminsə sərhəddini pozmayıb. Bir də məsələyə “anası, sevgilisi ola bilərdi” məntiqi ilə yanaşsaq, Nərmin xanım eyni həssaslığı Mübarizin anası, ola biləcək sevgilisinə də göstərə bilərdi və əminəm ki, bu son müzakirələr onların qəlbini yandırıb. Hələ -hələ Mübarizin iki ay müddətində cəsədini belə yaramazlıqla təhqir edib bunun videosunu yayanların əməllərini və bir anaya bunun təsirini düşünəndə Nərmin xanımın yazdıqlarındakı qeyri-həssas yanama daha qabarıq ortaya çıxır. Xanım insanlığı əsas gətirdiyi yerdəcə elə özünün qeyri-həssas yanaması ilə qeyri- insanilik nümüyiş etdirir. Başqa bir ananı, sevgilinin haqqın qorumaq istədiyi yerdə digər ananı yaralayır. Hələ o da ayrı bir şey ki, xanımın müdafiə etdiyi erməni anasının bu müdafiədən xəbəri yoxdur, amma Mübarizin anasını bu müzakirələr əminəm ki, çox yaralayıb.
Demək ki, biz bəzən “mənim fikrim budur” deyib nəyisə dilə gətirəndə, xəyali kimlərinsə haqqını qoruyanda yanı başımızda olanların qəlbində yara açmaqdan çəkinməliyik və bu daha böyük insani rəftar olar.
Nərmin xanımın insanlıq və müharibə yanamasında da yarımçıqlıq var. “Yağış qadın” adlı romanda bu mövzu əsas xətlərdən biridir. Müharibədə nə yazıq ki, insanlıq ortadan qalxır, üz-üzə duran iki qüvvə insan kimliyini soyunur. Əsgər və işğalçı, düşmən kimliyini geyinir və o anda üz-üzə duranlardan biri digəri haqqında insan olduğunu, evində anasının onu gözlədiyini düşünsə, tətiyi çəkə bilməz. Müharibədə və ya ön çəhbədə bu hiss aradan qalxır. Hələ-hələ bu uşğalçı, Xocalı kimi bir faciəni törədən biri olsa, vəziyyət daha da qəlizləşir.
Mübariz də işğalçı ilə savaşıb və bu yolda da şəhid olub.
Bu adi bir mətiqdir.
Amma bu məntiqin əksinə gedən bir xanımı ən kəskin küçə söyüşləri və bazar leksikonu ilə təhqir etmək də sülh və müzakirə şəraitində çox eybəcər görünür. Hətta qorxuncdur. Nərminin erməni olduğunu söyləyib əxlaq normalarını ayaq altına alıb onu söymək, qadın kimi ən nalayiq sözlərlə təhqir etmək də qəhrəmanlı deyil. Bir də axı, bu söyüş söyənlər tez-tez “Azərbaycanın mərd oğulları, bunu belə qoymayın” deyib söyüşə başlayırsa və “Azərbaycanın oğulları” budursa, heç qüsura baxmayın, vətənə belə söyüşcül oğulluq etməkdənsə, etməmək daha yaxşıdır.
Yaxud “qadınlarımıza əsirlikdə təcavüz ediblər” deyənlər, eynən siz də günlərdir bir xanımı söyüşün zorbalığına məruz qoymursunuzmu?!
Mən bu xaosda Qarabağda döyüşən, gözünü, ayağını itirən qazilərimizin də video müraciətlərinə baxdım və onların həssaslığını, yanğısını anlayıram. Qarabağ hələ ki, tarix deyil, onun canlı şahidləri və qazilərimiz, bu müharibədə yaxınları əsir düşən, şəhid verən ailələr hələ də canlıdır, tarixin soyuq və rəqəmlərlə ifadə olunan acısına çevrilməyib bu hadisələr... Bu üzdən Nərmin xanımın yazdığının miqyası daha da böyük görünür və bu təbiidir. Amma əzizlərim, Tanrı eşqinə, siz bu ölkəni həm də onun qadınlarını qorumaq üçün qorumadınızmı?
Məhz qadınlarımız əsir düşməsin deyə onları döyüş bölgəsindən birinci çıxarıb sinənizi sipər etmədinizmi?
İndi bir qızımız çıxıb bu yanlışı edibsə, ona bu söyüşlərə necə rəva bilirsiniz. Necə könlünüz razı olur onu bu cür təhqir etməyə...?!
Nərmin xanıma etdiyinin yanlış olduğunu anlatmaq istəyirdinizsə, bunun yolu söyüş deyildi, onun ürəyini kin və nifrətlə, ölkəsinin insanını inkarla doldurmanızla nəyə nail oldunuz?!
Yanlış hesab etdiyiniz bir şeyin yanlışlığını anlatmağın yolu söyüşdürmü?
Hanı bəs müdriklik və nələr nələr... İşinizə gəlmədimi indi o müdriklik deyib öyündükləriniz?
Əminəm, Mübarzi İbrahimov sağ olsaydı, onu inkar edən bir insanın bu şəkidə təhqir edilməsinə razı olmazdı.
Adil Əliyevsə təklif edib ki, Nərmini məhkəməyə verək və cəzalandıraq. Bəlkə hətta Nərmini qala qapılarından asaq, ya da ona kütləvi daş-qalaq edək? Ürəyiniz soyuyacaqmı?
Adil Əlieyevin və onun kimilərinin vətən, millət təəssübkeşliyinəmi qaldınız? Heç düşündünüzmü, belə birinin sizə dəstək verməsi cəlladın baş kəsdiyi kötüyə çiçək qoymasına bənzəyir?!
O zaman mən tam haqlı olaraq Adil Əliyevi də bəlkə məhkəməyə verim ki, o saxta yolla bir deputata kürsüsünü işğal edib.
Səsinizi satıb alanların ədalətinəmi qaldınız?
Mübariz işğalçıya qarşı çıxmırdımı, onu buna görə qəhrəman hesab etmirsinizmi? Buyurun, bir işğalçının da ünvanı bəlli, Adil Əliyev və onun təmsil olunduğu YAP... Mübariz İbrahimovun nəşini belə ölkəyə gətirib dəfn olunmasını özünün kampaniyası üçün istifadə etmiş, yüzlərlə Mübarizi Aprel döyüşlərində düşmənə yem edən İlham Əliyevi də eyni şəkildə tənqid edin. edin.
Bir az əvvəl Mübarizin dəfn olunmasına dair video görüntüyə baxdım. Adam çox azmış... Türkiyədə yol qəzasına düşüb ölən əsgərin dəfninə toplaşanların üçdə biri qədər belə deyilmiş...
P.S
Kütləni, onun psixologiyasını bir yerdə anlayıram, ya da anlamağa çalışıram. Bəs görəsən “jurnalistəm” deyib ölkənin iqtidarını işğal etmişlərin qapısında növbə gözləyənlərin öz saytlarında yazdığı yazılar, verdiyi başlıqlar nəyin nəsi?!
Nə deyirisniz deyin, amma Tanrı eşqinə bu “jurnalist”lərin jurnalist oldunu deməyin...
Azerbaycanrealligi.com