Tanınmış şairdən Dövlət Yol Polisinə sərt ittiham: "Bu yaramazları "ov"suz qoymaq üçün bütün mənalarda ayıq olmaq lazımdır"

28, 04, 19
11:20

Tanınmış şairdən Dövlət Yol Polisinə sərt ittiham: "Bu yaramazları "ov"suz qoymaq üçün bütün mənalarda ayıq olmaq lazımdır"


Tanınmış şair Mübariz Məsimoğlu özünün facebook hesabında DYP əməkdaşları haqqında paylaşım edib. O, bir neçə gün bundan öncə üzləşdiyi qanunsuzluğu qələmə alaraq, "bu yaramazları "ov""suz qoymaq üçün bütün mənalarda ayıq olmaq lazımdır", -  deyə bildirib. Tanınmış şair və hüquqşünasın yazdığı statusu Azerbaycanrealligi.com oxucularına təqdim edirik.

Dünən Vəli bəyin oğlu Yusifin "İmperator" sadlıq sarayındakı toyundan çıxmışdıq. Dəyərli İlqar Türkoğlu bizi - məni və Dayandur Sevgini də maşını ilə evimizə aparmalı idi. Ayıq sürücüyə zəng etmişdi. Biz şadlıq sarayının qarşısında, İlqar bəy də maşında oturub ayıq sürücünü gözləyirdik. Bu zaman, gecə saat 11 radələrində 2 nəfər DYP- nin əməkdaşı İlqar bəyə yaxınlaşıb sən bizimlə həkimə getməlisən dedilər. Uzun danışıqları oldu. Bir nəticə olmadığından məcburən biz də olaya müdaxilə etdik. Bu müddət ərzində ayıq sürücü də gəlib çıxdı. Nəhayətdə, biz həmin polis işçilərini başa sala bilmədik ki, İlqar bəy maşını idarə etmirdi, rolun arxasında oturmaq hələ maşını idarə etmək deyil. Ayıq sürücüyə siz bura gəlməmişdən qabaq zəng etmişik. Xeyri olmadı. İsdədiklərini aldılar. Mən məsələnin dərinliyinə getmək istəyirdim. İlqar bəy süründürməçiliyin uzun çəkəcəyini deyib məni fikrimdən daşındırdı.Bununla belə 3 saat vaxtımız hədər getdi. Bu gün İlqar bəy xeyli xərcə düşərək maşınını dayanacaqdan çıxardıb artıq. 
Mən dünən axşam orada olduğum müddətdə xırda araşdırma apardım. Deməli, bu polislər hər axşam bu Şadlıq sarayının 50- 100 metr civarında keşik çəkib sürücü ovlayırlar. Bu yaramazları "ov""suz qoymaq üçün bütün mənalarda ayıq olmaq lazımdır. Çünki bu polislərin məqsədi qayda - qanun yaratmaq yox, pul qazanmaqdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın