Xarici diplomlar hansı hallarda tanınır? - Video

21, 06, 18
01:31

Xarici diplomlar hansı hallarda tanınır? - Video

Xarici diplomlar hansı hallarda tanınır? - Video


Ali məktəblərə qəbul ərəfəsində bir sıra hallarda abituriyentlərə imtahan vermədən sadəcə attestatla xarici təhsil ocaqlarına qəbul olunub təhsil almaq şəraiti yaradılır. Buna isə adətən ölkədə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərməyən abituriyentlər meyil edir. Baxmayaraq ki, onların özləri belə həmin universitetlərdəki təhsillərinin aqibətinə görə tərəddüd edirlər.
Xəzər xəbər-in məlumatına görə,Təhsil Nazirliyinin xaricə üz tutan bu cür abituryentlərə bəzi tövsiyələri var. Çünki onların sonradan diplomları tanınmaya bilər.
Bəzi hallarda abituriyentlərlə həmin universitetlər arasında vasitəçilik edən şirkətlər hətta Təhsil Nazirliyinin adından da istifadə edib diplomların tanındığını bəyan edirlər. Nazirliyin sözçüsü Cəsarət Valehov bu məsələyə də aydınlıq gətirib.

Bizimlə əlaqə saxlayın