Xəzərə düşən hərbi təyyarəmiz tapıldı

26, 07, 19
09:34

Xəzərə düşən hərbi təyyarəmiz tapıldı

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.
 
Azerbaycanrealligi.com xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.
 
Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: "Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.
 
Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın