Bağçada uşağa dağ çəkdilər - Gəncədə şok olay

23, 06, 18
00:36

Bağçada uşağa dağ çəkdilər - Gəncədə şok olay

Bağçada uşağa dağ çəkdilər - Gəncədə şok olay

Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.
Qeyd olunur ki, Gəncə şəhər 31 saylı usaq bağçasında müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb.
Valideynin şikayətinə cavab olaraq müəllimə deyib ki, Saranın üzünü digər uşaq dişləyib. Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.
Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Üzü yandırılan uşağın fotolarını təqdim edirik:

   
 Teleqraf.com

Bizimlə əlaqə saxlayın